Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda 62 yaşlı əlil qadın intihar edib.
Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 21:00-də 1951-ci il təvəllüdlü Əliyeva Aybəniz Yunis qızı özünü Mərdəkan qəsəbəsində yaşadığı bağ evinin həyətində iplə asaraq intihar edib.
Qeyd edək ki, Aybəniz Əliyeva 2-ci qrup əlil və ruhi-əsəb xəstəsi kimi dispanserdə qeydiyyatda olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.