...

Azərbaycanda bir neçə nəfər batma təhlükəsi ilə üzləşib

Hadisə Materials 21 İyul 2013 14:07 (UTC +04:00)
Bakıda, Sumqayıtda və Xaçmazda bir neçə nəfər batma təhlükəsi ilə üzləşib.
Azərbaycanda bir neçə nəfər batma təhlükəsi ilə üzləşib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Bakıda, Sumqayıtda və Xaçmazda bir neçə nəfər batma təhlükəsi ilə üzləşib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 19 iyul 2013-cü il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsində, dənizdə batmış 2004-cü il təvəllüdlü Məmmədov Nurlan Teyyub oğlunun axtarışları başa çatıb. N.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, "Nardaran-1", "Zuğulba-3" və Xaçmaz rayonunda dənizdə, "Nabran" sularda xilasetmə məntəqələrinin ərazisində 4 nəfər batma təhlükəsi ilə üzləşib.

Vətəndaşlar Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti