Azərbaycan, Bakı, 21 iyul /Trend/
Samur-Abşeron kanalında batmış 10 yaşlı uşağın cəsədi tapılıb. Bu barədə Trend məlumat verib.
Xəbərdə deyilir ki, 20 iyul 2013-cü il tarixində Samur-Abşeron kanalınının Abşeron rayonunun ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarətsiz ərazidə) batmış 2003-cü il təvəllüdlü Həsənov Namiq Nəsimi oğlunun axtarışları başa çatıb.
N.Həsənovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 4 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.