...

Moskva univermağının təsərrüfat şöbəsinin müdirinə elektroşokla işgəncə verilib

Hadisə Materials 25 İyul 2013 11:25 (UTC +04:00)
İyulun 24-ü saat 08:30 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Taleh Nağıyev və Adil Abbasov qabaqcadan əlbir olaraq Moskva univermağına gəlib təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovu döyərək özləri ilə gətirdikləri elektroşokla işgəncə verib.
Moskva univermağının təsərrüfat şöbəsinin müdirinə elektroşokla işgəncə verilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 24-ü saat 08:30 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Taleh Nağıyev və Adil Abbasov qabaqcadan əlbir olaraq Moskva univermağına gəlib təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovu döyərək özləri ilə gətirdikləri elektroşokla işgəncə verib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, onun ağzını dəsmal və yapışqanlı lentlə bağlamaq istəyərkən Y.Ələkbərov qışqıraraq kömək istəyib.

Bu zaman orada xidmət edən Nəsimi Rayon Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gələrək T.Nağıyevi və A.Abbasovu yaxalayıb. Onlar özləri ilə gətirdikləri içərisində elektroşok, ling, cib bıçağı, yapışqanlı lent, cib dəsmalı, 2 ədəd qara eynək və ayaqqabı qutusu olan idman çantası ilə birlikdə Nəsimi RPİ 19-cu PB-yə təhvil veriliblər.

Polis Bölməsində onların üzərinə baxış keçirilərkən T.Nağıyevdən 19, A.Abbasovdan isə 14 qramdan artıq həşiş aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti