Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A. Tağıyeva/
Bu gün səhər saatlarında İraqın paytaxtı Bağdadda və Bəsrə şəhərində silsilə partlayışlar baş verib. Bu barədə Trend bazar ertəsi "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
İlkin məlumata görə, partlayışlar nəticəsində 48 nəfər həyatını itirib. 220 nəfərin yaralandığı bildirilir.
Təkcə Bağdadda 11 minalanmış avtomobil partladılıb. Şiə müsəlmanların kompakt yaşadığı rayonlarda partladılan avtomobillərin sayı 5 olub.