...

Erməni hərbçilər türkiyəli çobanı yaralayıblar

Hadisə Materials 1 Avqust 2013 10:31 (UTC +04:00)
Dünən Türkiyənin Qars vilayətində yaşayan türkiyəli çoban Mustafa Ülkər Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən yaralanıb.
Erməni hərbçilər türkiyəli çobanı yaralayıblar

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Tağıyeva/

Dünən Türkiyənin Qars vilayətində yaşayan türkiyəli çoban Mustafa Ülkər Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən yaralanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Bildirilir ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçiləri ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlunun sözlərinə görə, hazırda Türkiyə sərhəd batalyonunun komandiri çobanın azad edilməsi ilə bağlı Ermənistan tərəfi ilə danışıqlar aparır.

Çobanın sağlamlığının vəziyyəti ilə bağlı hələlik heç nə məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti