Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Biləcik vilayətindəki həbsxanalarından birində avqustun birinə keçən gecə yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı " CNN Türk" telekanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib. Yanğın nəticəsində yeddi məhbus və iki həbsxana işçisi xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yanğını onun başlamasından bir neçə saat sonra söndürmək mümkün olub.