...

Bakıda zəncirvari qəzada ölənlərdən birinin kimliyi müəyyən edilib

Hadisə Materials 5 Avqust 2013 11:03 (UTC +04:00)
Bakıda baş verən zəncirvari qəzada ölənlərdən birinin adı açıqlandı.
Bakıda zəncirvari qəzada ölənlərdən birinin kimliyi müəyyən edilib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən zəncirvari qəzada ölənlərdən birinin adı açıqlandı.

Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes", "Opel" və "VAZ" markalı 3 minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Anar Məmmədov ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.Məmmədovun meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saat 09.00 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən zəncirvari qəzada "VAZ 21015", "Opel" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda digər ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti