...

Türkiyədə 700 hektar meşə yanıb

Hadisə Materials 7 Avqust 2013 10:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətində ara verməyən yanğınlar nəticəsində 700 hektar meşə massivi yanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.

Hatayda meşə yanğınları avqustun beşində başlayıb və bu günədək davam edir. Yanğının söndürülməsinə yanğınsöndürən maşınlar, dörd helikopter və üç təyyarə cəlb olunub.

Türkiyədə ötən ayın sonundan meşə yanğınları davam edir. Bundan əvvəl Muğla və Balıkəsir meşələrində iri yanğınlar baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti