...

Bakıda saxta əsginaslar hazırlayan keçmiş məhkum yaxalanıb

Hadisə Materials 14 Avqust 2013 11:31 (UTC +04:00)
Avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əsginasla edib.
Bakıda saxta əsginaslar hazırlayan keçmiş məhkum yaxalanıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əsginasla edib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ödənişi edən, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov bir gün sonra tutulub.

Onun Nizami rayonu, E.Süleymanov küçəsindəki yaşadığı mənzilə baxış keçirilərkən saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və 12 ədəd saxta 100 manatlıq əsginas aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti