...

Bakı İstintaq təcridxanasına plovun içində mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 19 Avqust 2013 12:36 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına plovun içində mobil telefonların keçirilməsinin qarşısı alınıb  (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu gün, avqustun 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanlıan 1995-ci il təvəllüdlü Fərid Sadiq oğlu Səfərliyə vətəndaş Muxtar İbrahim oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 20 litrlik qazanın içində olan bişmiş plovun altında şəffaf sellofana bükülmüş, daxilində danışıq kartları olmayan 4(dörd) ədəd "Nokia" markalı və 1(bir) ədəd "Blackberry" markalı mobil telefon aparatları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Fərid Səfərli Bakı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılır.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti