...

Bakıda piyada “Slavuta”nın qurbanı oldu

Hadisə Materials 26 Avqust 2013 14:24 (UTC +04:00)
Sabunçu rayonu ərazisində “Slavuta” markalı avtomaşınla paytaxt sakini vurulub.
Bakıda piyada “Slavuta”nın qurbanı oldu

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonu ərazisində "Slavuta" markalı avtomaşınla paytaxt sakini vurulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 25-də saat 22.25 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Nicat Orucov idarə etdiyi "Slavuta" markalı avtomaşınla yolu keçən həmyerlisi Rəşad Tağıyevi vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti