Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir A.Tağıyeva/
İraqın Mosul şəhərində Türkiyə konsulluğunun diplomatlarına hücum olunub. Bu barədə Trend Türkiənin "Sabah" qəzetinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ərbil şəhərinə gedən diplomatların korteji terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində heç kim xəsarət almayıb. Kortejdə olan maşınlara ciddi ziyan dəyib.
Hücum edənlərin şəxsiyyəti məlum deyil. Faktla bağlı cinayət işi qaldırılıb.