...

Erməni snayperlərin yaraladığı Azərbaycan vətəndaşının vəziyyəti ağır olaraq qalır (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Sentyabr 2013 20:46 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:13-də yayılıb)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan vətəndaşı erməni snayperlərin atəşinə tuş gəlib.

Trend-in bölgə müxbirinin məlumatına görə, Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Əlibəyli kəndində kənd sakini 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu kənd küçəsi ilə hərəkət edərkən Ermənistan silahlı qüvvələrinin snayperləri tərəfindən vurulub.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkim-travmatoloqu Arif Səmədovun verdiyi məlumata görə, güllə zərərçəkmişin qabaq çiyin nahiyəsindən dəyərək kürəyindən çıxıb, yaralı qan itirib. Hazırda zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Hadisə bu gün saat 17:00 radələrində baş verib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün günorta saatlarından başlayan atışma hələ də davam edir.

Hələ ki bu barədə rəsmi məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti