Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Lənkəranda istirahət mərkəzində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 550 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ailəvi istirahət mərkəzinin mətbəxinin və anbarının yanar konstruksiyaları 130 kv.m sahədə yanıb.
İstirahət mərkəzinin qalan hissəsi və 40 litrlik (4 ədəd) qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.