...

Bakıda tikinti materialları mağazası yanıb

Hadisə Materials 8 Sentyabr 2013 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Bakıda mağazada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tikinti materialları satışı mağazasında sarılmış süngər materialları 15 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğn yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti