...

Baş Prokurorluq Bakıda üç gün əvvəl törədilmiş qətllə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 21 Sentyabr 2013 12:55 (UTC +04:00)
Bakıda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Baş Prokurorluq Bakıda üç gün əvvəl törədilmiş qətllə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də saat 14.00 radələrində paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalından 20-25 yaşlarında, üzərində xəsarətləri olan naməlum qadın meyitinin aşkar olunması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadın meyitinin 1991-ci il təvəllüdlü Namazova Şəbnəm Kərəm qızına məxsus olması müəyyən edilib.

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1988-ci təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlu tutularaq istintaqa cəlb olunub.

Ş.Əliyev sentyabrın 18-də səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Ş.Namazova ilə metronun "Koroğlu" stansiyası yanında görüşərək avtobusla birgə Yeni Suraxanı qəsəbəsinə Zeytun Bağları adlanan əraziyə gəliblər. Orada aralarında yaranmış mübahisə zamanı Ş.Əliyev Ş.Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqda axan su kanalına atmaqda şübhəli bilinir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti