...

Qəzet: “Türk Hava Yolları”nın Livanda oğurlanan pilotları naməlum istiqamətə aparılıblar

Hadisə Materials 26 Sentyabr 2013 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu ilin avqustunda Livanda oğurlanan "Türk Hava Yolları" aviaşirkətinin pilotları Livan polisi tərəfindən onların yeri müəyyən edildikdən sonra naməlum istiqamətə aparılıblar. Bu barədə Trend "Ən-Nahar" qəzetinə istinadən xəbər yayıb.

Daha əvvəl "Türk Hava Yolları" aviaşirkətinin pilotlarının Beyrutun Dahiya rayonundakı mənzillərdən birində saxlanıldığı müəyyənləşdirilmişdi. Nəşr bildirir ki, pilotların yerinin dəyişdirilməsi onların azad olunmasını çətinləşdirir.

Xatırladaq ki, bu ilin avqust ayında "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu Livanın paytaxtı Beyrutda oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti