...

FHN Bakıda 4 nəfərin intihara cəhd etməsi barədə məlumat yayıb

Hadisə Materials 30 Sentyabr 2013 19:22 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər, o cümlədən 2 azyaşlı intihara cəhd edib.
FHN Bakıda 4 nəfərin intihara cəhd etməsi barədə məlumat yayıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər, o cümlədən 2 azyaşlı intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxslər özlərini tikilməkdə olan yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atmaq niyyətindədirlər.

Xilasedicilər onlarla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti