...

Quba-Xınalıq yolunda hərəkət günorta saatlarından bərpa olunub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Oktyabr 2013 13:59 (UTC +04:00)
50 və 80 tonluq iki böyük qaya parçası Quba-Xınalıq yolunun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
Quba-Xınalıq yolunda hərəkət günorta saatlarından bərpa olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Quba-Xınalıq yolunda hərəkət günorta saatlarından bərpa olunub. Trend Regional TV-yə istinadən xəbər verir ki, bu barədə 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov açıqlama verib.

Qeyd edək ki, 50 və 80 tonluq iki böyük qaya parçası Quba-Xınalıq yolunun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırmışdı.

Nəticədə Quba-Xınalıq yolu müvəqqəti bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti