...

Yağış suları Göygöldə körpünü yararsız hala saldı

Hadisə Materials 8 Oktyabr 2013 15:40 (UTC +04:00)
Yağış suları Göygöldə 4000-ə yaxın insanın istifadə etdiyi körpünü yararsız hala salıb.
Yağış suları Göygöldə körpünü yararsız hala saldı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Yağış suları Göygöldə 4000-ə yaxın insanın istifadə etdiyi körpünü yararsız hala salıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, son günlərdə Qərb bölgəsində müşahidə olunan aramsız yağışlar Göygöl rayonunun Topalhəsənli kəndindəki körpünü yararsız vəziyyətə salıb. Körpüdə çuxurlar əmələ gəlib ki, bu da avtomobillərin hərəkətinə maneə yaradır. 4000-dən çox əhalinin istifadə etdiyi körpünün yararsız hala düşməsi nəticəsində rayon mərkəzi ilə 5 kənd arasında əlaqə kəsilib.

Problemin aradan qaldırılması üçün Göygöl rayon 21 saylı Yol istismar idarəsi tərəfindən körpüdə təmir işləri aparılır. Sürücülər alternativ yollardan istifadə edirlər.

Uzunluğu 45, hündürlüyü 12 metr olan körpüdə aparılan təmir işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti