...

Cəlilabadda iki həmyerlinin davası ölümlə nəticələnib

Hadisə Materials 12 Oktyabr 2013 10:12 (UTC +04:00)
Cəlilabad rayonunda qətl törədilib.
Cəlilabadda iki həmyerlinin davası ölümlə nəticələnib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayonunda qətl törədilib.

Cəlilabad Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 11-də gecə saatlarında rayonun Göytəpə şəhərində şəhər sakini, 1974-cü il təvəllüdlü Pərviz Mirzəağa oğlu Bayramov münaqişə zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Nizam Rail oğlu Diniyevi bıçaqlayıb. Nizami Diniyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti