...

Bakı-Qazax yolunda minik avtomobili ilə yük maşını toqquşub

Hadisə Materials 17 Oktyabr 2013 22:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bakı-Qazax yolunda minik maşını ilə yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda (Bakı-Qazax magistral avtomobil yolunun 85-ci kilometrliyində) "Honda" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti