...

Suriyanın Həma şəhərində partlayış olub, 30 nəfər ölüb

Hadisə Materials 20 Oktyabr 2013 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Suriyanın Həma şəhəri yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 30 nəfər ölüb.

Trend SANA-ya istinadən məlumat verir ki, təqribən 1,5 ton ağırlığında olan bomba gediş-gəlişin çox olduğu yolda partladılıb.

Müxalifəti dəstəkləyən Suriya İnsan Haqları Təşkilatı terror hücumunda rejimə aid nəzarət məntəqəsinin hədəfə alındığını bildirib.

Xəbər lenti

Xəbər lenti