...

Bağdadda terror qurbanlarının sayı 34 nəfərə çatıb, 50 nəfər xəsarət alıb

Hadisə Materials 21 Oktyabr 2013 00:32 (UTC +04:00)
İraq paytaxtının cənubunda kafelərinin birinin yaxınlığında, bazar günü terrorçu tərəfindən törədilmiş terror aktının qurbanlarının sayı, ən son məlumatlara görə, 34 nəfərə çatıb, daha 50 nəfər yaralanıb.
Bağdadda terror qurbanlarının sayı 34 nəfərə çatıb, 50 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

İraq paytaxtının cənubunda kafelərinin birinin yaxınlığında, bazar günü terrorçu tərəfindən törədilmiş terror aktının qurbanlarının sayı, ən son məlumatlara görə, 34 nəfərə çatıb, daha 50 nəfər yaralanıb. Trend Frans Press agentliyinə istinadən, bu barədə məlumat verir.

Hadisə Bağdadın əsasən şiələr məskunlaşmış El-Amil rayonunda baş verib, RİA Novosti məlumat verir.

Agentliyin məlumatına görə, əvvəlcə küçədə kafenin yaxınlığında müştəriləri bayıra çıxmağa və girişdə toplaşmağa məcbur edən zəif bir partlayış baş verdi. Sonra isə terrorçu minalanmış avtomobildə camaatın yanına gəldi və onu partlatdı.

Xəbər lenti

Xəbər lenti