Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Rusiyanın Volqoqrad şəhərində baş verən terror aktı nəticəsində xəsarət alanların sayı 55-ə çatıb. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi Rusiya Səhiyyə Nazirliyinə istinadən xəbər verir
Məlumatda bildirilir: "Operativ məlumatlara görə, terror aktı nəticəsində 55 nəfər (20-si uşaq daxil olmaqla) xəsarət alıb, 6 nəfər ölüb. Xəsarət alanlardan 31-i (12-si uşaq olmaqla) xəstəxanaya yerləşdirilib. 24 nəfərə isə ambulator yardım göstərilib.