...

Bakı-Gəncə şosesində ağır yol qəzası: bir ölü, iki yaralı

Hadisə Materials 24 Oktyabr 2013 11:10 (UTC +04:00)
Bakı-Gəncə şosesinin Yevlaxdan keçən hissəsində bir nəfərin ölümü, ikisinin yaralanması ilə nəticələnən yol-nəqiliyyat hadisəsi baş verib.
Bakı-Gəncə şosesində ağır yol qəzası: bir ölü, iki yaralı

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı-Gəncə şosesinin Yevlaxdan keçən hissəsində bir nəfərin ölümü, ikisinin yaralanması ilə nəticələnən yol-nəqiliyyat hadisəsi baş verib.

Trend EL TV-yə istinadən xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi "VAZ 21-012" markalı minik avtomobili ilə Yaşar Hüseynovun idarə etdiyi "MAN" markalı ağır tonnajlı yük maşını toqquşub.

Hadisəyə minik avtomobilinin yol hərəkəti qaydalarını pozaraq yük maşınının yoluna çıxması səbəb olub. Nəticədə "VAZ 21-012"nin sürücüsü Rasim Məmmədov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər Müşviq İsayev və Elnur Mustafayev yaralanıblar. Onlar Yevlax Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti