...

Dəməşqdə məscid yaxınlığında partlayış: 30 ölü, 100 yaralı

Hadisə Materials 25 Oktyabr 2013 22:13 (UTC +04:00)
Suriyanın paytaxtı Dəməşqin Vadi Barada rayonundakı məscidlərdən birinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 30 nəfər ölüb.
Dəməşqdə məscid yaxınlığında partlayış: 30 ölü, 100 yaralı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Suriyanın paytaxtı Dəməşqin Vadi Barada rayonundakı məscidlərdən birinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 30 nəfər ölüb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu 30 nəfər həlak olub, 100 nəfər xəsarət alıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Ölənlərin sayının artacağı istisna olunmur.

Ərazidə ikinci bomba yüklənmiş avtomobilin aşkar edildiyi və partlayıcı qurğunun zərərsizləşdirildiyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti