...

Ərlə arvadın Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb

Hadisə Materials 1 Noyabr 2013 19:34 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb.
Ərlə arvadın Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşları Ramiz Ağayev və onun həyat yoldaşı Esmira Ağayevanın üzərində şəxsi yoxlama zamanı E.Ağayevadan 1 ədəd bağlamada, xalis çəkisi 47,2 qram narkotik vasitə - heroin və xalis çəkisi 1,53 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti