...

Gəncədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb

Hadisə Materials 5 Noyabr 2013 21:19 (UTC +04:00)
Gəncədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb.
Gəncədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Gəncədə ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, noyabrın 5-də saat 20:20 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində "Vaz-2107" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. Nəticədə "Vaz-2107"-nin sürücüsü yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı "Mercedes"in sürücüsü də yaralanıb. İlkin məlumata görə, "Vaz 2107"də olan şəxslər bir ailənin üzvləridir.

Baş vermiş faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti