Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir/
Salyan rayonunda orta məktəbin hasarının uçması nəticəsində bir nəfər ölüb, biri isə xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 8-də Salyan rayonu 2 saylı orta məktəbin həyətində rayon sakini Vaqif Quliyev oğlu Əlisahiblə birgə odun yığarkən məktəbin daş hasarı onların üstünə uçub.
Nəticədə V.Quliyev ölüb, xəsarət almış Əlisahib isə xəstəxanaya yerləşdirilib.