...

Yola çıxan mal-qara yol qəzasına səbəb oldu

Hadisə Materials 9 Noyabr 2013 15:58 (UTC +04:00)
Şamaxıda yola çıxan mal-qara yol qəzasına səbəb olub.
Yola çıxan mal-qara yol qəzasına səbəb oldu

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Şamaxıda yola çıxan iribuynuzlu mal-qara yol qəzasına səbəb olub.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şamaxı yaxınlığında baş verən qəzada 1 sürücü yaralanıb, iki avtomobil yararsız vəziyyətə düşüb. Hadisə rayonun Mərzəndiyə kəndi yaxınlığında qeydə alınıb. Gecə otlaqdan evə qayıdan mal-qara magistral yola çıxıb. Nəticədə Şamaxı istiqamətində hərəkətdə olan iki avtomobil yolu keçən sürüyə girib.

Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım birqadası xəstəyə ilk tibbi yardım göstərib. Digər avtomobil isə yuvarlanaraq qəza yerindən 130 metr kənara düşüb. Hər iki sürücüyə maddi ziyan dəyib.

Qəzaya səbəb olan heyvanlardan ikisi tələf olub. Heyvanların sahibi hələlik bəlli deyil.

Faktla bağlı arşadırma davam etdirilir. Qəzanın dəqiq səbəbi aparılacaq avtoekspertizadan sonra müəyyən olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti