...

Məhkum qardaşına kartofun içində narkotik ötürmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 12 Noyabr 2013 19:50 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkum qardaşına kartofun içində narkotik ötürmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ruslan Tahir oğlu Məmmədova qardaşı Elvin Tahir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı 2 ədəd içərisi ovulmuş kartofun içərisinə sellofan bükülülərdə yerləşdirilmiş xalis çəkisi 9,46 qram olan narkotik vasitə "marixuana" və 6 ədəd içərisi ovulmuş kartofun içərisinə sellofan bükülülərdə yerləşdirilmiş xalis çəkisi 97,604 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti