...

Məhkuma "yeni üsul"la narkotik vasitə ötürmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 18 Noyabr 2013 20:15 (UTC +04:00)
2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma "yeni üsul"la narkotik vasitə ötürmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 185.2.1; 185.2.2; 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş Emin Şahin oğlu Əsgərova qardaşı Əsgər Şahin oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı 2 ədəd xurma meyvəsinin içərisində gizlədilmiş hər birində bir büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və iki ədəd xurma meyvəsinin içərisində hər birində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti