...

"Kleopatra" azı 9 nəfəri öldürdü

Hadisə Materials 19 Noyabr 2013 10:19 (UTC +04:00)
İtaliyanın Sardiniya adasında "Kleopatra" adı verilən qasırğa meydana gəlib.
"Kleopatra" azı 9 nəfəri öldürdü

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

İtaliyanın Sardiniya adasında "Kleopatra" adı verilən qasırğa meydana gəlib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət 9 nəfərin həyatına son qoyub. Qasırğa adanın şimal şərqində həyatı iflic edib.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, adanı cənginə alan pis hava şəraiti və qasırğa səbəbi ilə indiyədək 9 nəfər ölüb, lakin dəqiq ölü sayı bilinmir.

Ölənlər arasında gənc ana, qızı və ilk yardıma gedən polisin olduğu bildirilir.

Pis hava şəraiti daşqınlara səbəb olub və nəticədə yüzlərlə insan evsiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti