...

Samur-Abşeron kanalında 49 yaşlı qadının meyidi tapıldı

Hadisə Materials 19 Noyabr 2013 22:12 (UTC +04:00)
Trend-in Regional TV-yə istinadən verdiyi məlumta görə, axşam saatlarında Samur-Abşeron su kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində qadın meyidi aşkarlanıb.
Samur-Abşeron  kanalında 49 yaşlı qadının meyidi tapıldı

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Trend-in Regional TV-yə istinadən verdiyi məlumta görə, axşam saatlarında Samur-Abşeron su kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində qadın meyidi aşkarlanıb.

Cəsədin 1964-cü il təvəllüdlü Xaçmaz şəhəri Nizami küçəsi 5 ünvanında qeydiyyatda olan Əsədova Nazəndə Əlihüseyn qızına məxsus olduğu müəyyənləşib.

Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğundan ətraflı məlumat verilməsə də, hazırda faktın araşdırıldığı bildirildi.

Xəbər lenti

Xəbər lenti