Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Diyarbəkirdə narkotiklər əleyhinə iri xüsusi əməliyyat keçirilib. Nəticədə 12,5 ton narkotik aşkar edilərək götürülüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, əməliyyatda ölkənin təhlükəsizlik qüvvələrinin yüz əməkdaşı iştirak edib. Bu, Türkiyədə aşkar edilən narkotiklərin miqdarına görə ikinci böyük xüsusi əməliyyatdır.