...

Lənkəran-Lerik yolunda avtomobil dərəyə aşıb, ölən var

Hadisə Materials 28 Noyabr 2013 18:20 (UTC +04:00)
Lənkəran-Lerik yolunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər dünyasını dəyişib.
Lənkəran-Lerik yolunda avtomobil dərəyə aşıb, ölən var

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Lənkəran-Lerik yolunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd sakini 51 yaşlı Akif Əziz oğlu Şahverdiyevin idarə etdiyi "42-BN-627" dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək 80 metr dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobil isə yarasız vəziyyətə düşüb.

Hadisənin dəqiqi səbəbləri məlum deyil. İlkin versiya kimi, qəzanın baş verməsinə qəfil ürəktutmanın səbəb olduğu ehtimal olunur. Lakin kənd sakinlərinin sözlərinə görə, mərhum A.Şahverdiyev kənd çayxanasında olub və sağlamlığından heç bir şikayəti olmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır. Qəzanın baş verməsinin dəqiq səbəbləri avtoekspertizanın apardığı araşdırmalardam sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti