...

Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb

Hadisə Materials 9 Dekabr 2013 14:17 (UTC +04:00)
Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.
Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İ.İzzət/

Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, həftə sonu ölkədə 17 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 10 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dekabrın 7-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Dekabrın 8-də isə 14 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar zamanı 9 nəfər ölüb, 18 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti