Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İzzət/
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 220-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Onların hamısı bir ailənin üzvləri olublar.
Hadisə zamanı "Toyota Land Cruiser" markalı avtomobil ("cip") "Shacman" markalı yük maşını ilə toqquşub. Qəza "cip"in hərəkətdə olan yük avtomobilinin qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə "cip"də olan bir ailənin üzvləri - ana ölüb, ata və oğul isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.