...

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 27 Dekabr 2013 08:08 (UTC +04:00)
Dekabrın 26-sı axşam saat təxminən 19:30 radələrində Gəncənin Azərbaycan küçəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dekabrın 26-sı axşam saat təxminən 19:30 radələrində Gəncənin Azərbaycan küçəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 1989-cu ildə Kəlbəcər rayonunda anadan olan, hazırda Samux rayonun Kolayır kəndində yaşayan Mehdiyev Şəhriyyar Zahid oğlu idarə etdiyi "Niva" markalı 90 RU 047 qeydiyyat nişanlı avtomobili ilə yolu keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Ziba Məmməd qızını vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti