...

Keçmiş məhkum Bakıda odlu silahla qətlə yetirilib

Hadisə Materials 13 Yanvar 2014 13:46 (UTC +04:00)
Bakıda keçmiş məhkumun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Keçmiş məhkum Bakıda odlu silahla qətlə yetirilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda keçmiş məhkumun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 11-də Nəsimi rayonu Cavadxan küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti