Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Bakıda Lerik sakinindən narkotik maddə götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lerik rayon sakini Rasim Ağayevdən 1 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.