...

Gəndob-Yalama yolunda 2 avtomobil toqquşub

Hadisə Materials 20 Yanvar 2014 18:18 (UTC +04:00)
Bu gün Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Gəndob-Yalama yolunda 2 avtomobil toqquşub

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Bu gün Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz rayon sakini Fizuli Bayramovun idarə etdiyi "VAZ 2106" markalı "10 OX 281" qeydiyyat nişanlı avtomobillə "VAZ 21014" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzadan sonra "VAZ 21014" markalı maşını idarə edən şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını açaraq ərazidən uzaqlaşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti