...

Bakı metrosunda vətəndaşın telefonunu alıb qaçan şəxslərdən biri tutulub

Hadisə Materials 21 Yanvar 2014 12:20 (UTC +04:00)
Bakı metrosunda vətəndaşa zor tətbiq edərək onun telefonunu alıb qaçan şəxslərdən biri tutulub.
Bakı metrosunda vətəndaşın telefonunu alıb qaçan şəxslərdən biri tutulub

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı metrosunda vətəndaşa zor tətbiq edərək onun telefonunu alıb qaçan şəxslərdən biri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 20-də Bakıda metronun "Ulduz" stansiyasında Bakı şəhər sakini Rəhman Hacıyev və digər bir şəxs Füzuli rayon sakini Baloğlan Abdullayevin mobil telefonunu zorla əlindən alıb qaçıb. Bu zaman Rəhman Hacıyev orada xidmətdə olan Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Hazırda digər şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti