...

Bakıda sərt soyuq radiator oğrularını hərəkətə gətirib

Hadisə Materials 4 Fevral 2014 11:37 (UTC +04:00)
Bakıda qızdırıcı radiator oğurlayan iki nəfər tutulub.
Bakıda sərt soyuq radiator oğrularını hərəkətə gətirib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda qızdırıcı radiator oğurlayan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Pirşağı qəsəbəsi yeni tikilidə yaşayan Rəfail Gülməmmədlinin evindən, pəncərədən keçmək yolu ilə 9 ədəd qızdırıcı radiator və su motoru oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Şərəf Orucov və Vüsal Bağıyev tutulublar.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Qeyd edək ki, son günlər Bakıda havaların sərt keçməsi ilə əlaqədar bazarda elektrik qızdırıcılarına tələbatın artdığından onların da qiymətində müəyyən artım müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti