...

Gəncədə yaşayış binasında partlayış olub, 1 nəfər ağır yaralanıb (FOTO)

Hadisə Materials 10 Fevral 2014 10:21 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ev sahibi 42 yaşlı Qərənfil Hüseynova ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Gəncədə yaşayış binasında partlayış olub, 1 nəfər ağır yaralanıb (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bu gün səhər saat 9:00 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, bina 27, mənzil 38 ünvanında partlayış baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ev sahibi 42 yaşlı Qərənfil Hüseynova ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində mənzilə və ev əşyalarına da ciddi ziyan dəyib. Hətta partlayış binanın həyətində dayanmış avtomobillərə də zərər vurub.

Şahidlərin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Hazırda FHN və müvafiq qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti