...

Yaponiyada güclü qar 3 nəfərin ölümünə, 540-dan çox şəxsin xəsarət almasına səbəb olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Fevral 2014 15:06 (UTC +04:00)
Bu gün səhər Yaponiyanın əksər hissəsində yağan güclü qar nəticəsində bir nəfər həlak olub, təqribən 200 nəfər xəsarət alıb.
Yaponiyada güclü qar 3 nəfərin ölümünə, 540-dan çox şəxsin xəsarət almasına səbəb olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:38-də yayılıb)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bu gün səhər Yaponiyanın əksər hissəsində yağan güclü qar nəticəsində 3 nəfər həlak olub, 540-dan çox şəxs xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti NHK telekanalına istinadən xəbər verir.

Bundan əvvəl 1 nəfərin öldüyü, 200 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Hönsü adasının Osaka prefekturasında nisbətən daha çox insan xəsarət alıb. Burada 109 nəfər zədə alıb.

Son məlumatlara görə, qəzalı vəziyyətdə olan "Fukusima-1" AES-in işində texniki nöqsanlar qeydə alınmayıb. Güclü qar ölkədə 200-ə yaxın daxili reysin ləğvinə, sürət və şəhərətrafı qatarların hərəkətində xeyli yubanmalara səbəb olub. Təbii fəlakət nəticəsində Küsü adasında 9,7 min ev işıqsız qalıb.

Proqnozlara görə, şənbə günü Kanto regionunun dağlıq ərazilərində və paytaxt dairəsində qar örtüyünün hündürlüyü 70 santimetrə çata bilər. Meteoroloqlar bəzi rayonlarda qarın güclü küləklə müşahidə olunacağını da istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti