...

Bakıda 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 9 Mart 2014 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Bakıda 4 otaqlı evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatr verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti