...

Qubada 65 yaşlı alim dəm qazından zəhərləndi

Hadisə Materials 9 Mart 2014 16:16 (UTC +04:00)
Bu gün günorta saatlarında Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Qubada 65 yaşlı alim dəm qazından zəhərləndi

Azərbaycan, Bakı, 9 mart /Trend/

Bu gün günorta saatlarında Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Trend Regional TV-yə istinadən məlumat verir ki, həmin kənddə bağ evində yaşayan 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev hamam otağında dəm qazından zəhərlənib. O, Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 65 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır stabildir. O, müvafiq tibbi yardımlardan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndəriləcək.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, tibb elmləri doktoru, professor Ə.Musayev Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti